“Oskar”lı aktrisa Şarliz Teronun (Charlize Theron) indiyədək heç yerdə yayımlanmayan şəkilləri ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, aktrisanın 1994-cü ildə 18 yaşında çəkilən şəkilləri böyük maraqla qarşılanıb. O, həmin fotolarda tünd saçları və dodağının kənarındakı xalı ilə çox cazibədar görünür.