Müğənni Şəbnəm Tapdıq haqqında deyilən “özündənrazı” ifadəsi ilə razılaşmır.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, bu barədə “Hər şey daxil” verilişində danışan ifaçı gündəmə gəlmək üçün sponsora ehtiyacı olduğunu etiraf edib:
“Mən “poliqlot” müğənniyəm. 16 yaşımdan səhnədəyəm. Mənim adımı neçə ailə övladına qoyub. İndi “Şəbnəm” adlı aparıcılar, müğənnilər var. Özümdən razı deyiləm. Sənətimi bilən biriyəm. Mənə deyirlər, indi sənin dövrün deyil. İnsan var ki, 50 yaşından sonra daha da parlayır. Mən o vaxtlar efirə çıxanda heç zaman qabaqcadan elan etməmişəm ki, filan yerdə olacam. Adım çəkilib, insanlar özləri konsertimə gəliblər. İndi mənə güclü, sidq ürəkli sponsor lazımdır ki, yenidən çiçəklənim. Məni dəstəkləməlidir ki, tez-tez reklam olunum. Heç kimin sənətimin böyüklüyünə şübhəsi olmasın”.