Xalq artisti Brilyant Dadaşovanın bacısı və xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət Dadaşovanın bir neçə gün əvvəl “Zuhal Topalla izdivaç” proqramında “4-cü uşağım başqa kişidəndir” deməsi həm Azərbaycan, həm Türkiyə mediasında ən çox müzakirə olunan mövzulardan birinə çevrildi.
Oxu.Az xəbər verir ki, Sədaqət Dadaşova verilişin növbəti buraxılışında dediklərini inkar edərək, Türkiyə türkcəsini yaxşı bilmədiyi üçün insanlar tərəfindən yanlış başa düşüldüyünü söyləyib.
O, hər iki ölkənin gündəmini zəbt edən həmin sözlərinə bu cür aydınlıq gətirib:
“Türk dilini yaxşı bilmədiyim üçün dediklərimi yanlış başa düşürlər. Buradan bütün dostlarıma söyləmək istəyirəm ki, mənim 4 övladım var və hamısı bir ata-anadandır”.
Sözügedən kadrları 3.50-ci dəqiqədən izləyə bilərsiniz: