Müğənni Səidə Dadaşova mərhum ifaçı Aslan Hüseynovun mahnılarını oxuyan sənət adamlarına qadağa qoyub.
Oxu.Az xəbər verir ki, Dadaşova bu barədə ATV-də yayımlanan “7 Canlı” verilişində qonaq olarkən danışıb.
“Aslan olmasa da onun ailəsinə zəng edirəm. Çox insanlara imkan verməyəcəm onun mahnılarını oxumağa. Yalandan sağlığında dostunam, “mənəm-mənəm” deyənləri yoxluğunda gördüm. Əgər nəsə istəyirsinizsə, bunu fikrinizdən çıxarın”, - deyə müğənni bildirib.
Səidə “həmçinin müğənni” Rüfət Axundovun onun mahnısını oxumasına “Rüfət ortaq dostumuz idi. Mən bilirəm ki, Aslan kimə qadağa qoyub, kimə yox” reaksiyasını verib.
Qeyd edək ki, Aslan Hüseynov ötən il avtomobil qəzasında dünyasını dəyişib.
Ətraflı süjetdə:
Dilşad Bəhruzqızı