Müğənni Səidə Sultan pişiyinə “qara oğlan” adını qoyub.
Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, o, ev heyvanının fotosunu paylaşaraq “Bu pişiklə başqaları kimi şəkil çəkdirə bilmirəm, nazlanır. Mənim qara oğlanım ulduzluq edir” sözlərini yazıb.
Qeyd edək ki, Səidə bu günlərdə imicində dəyişiklik etməsi ilə də diqqət çəkib. Belə ki, ifaçı hər zaman sarı olan saçlarını qara rəngə boyayıb.