Xalq artisti Səməd Səmədov ailə həyatı ilə bağlı heç yerdə demədiyi sirri açıb.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, Xəzər telekanalında yayımlanan “5/5” verilişinin qonağı olan müğənni iki dəfə ailə qurduğunu deyib:
“İlk həyat yoldaşım Zərifə xanım olub. Ondan bir oğlum var idi. Polis işləyirdi, rəhmətə gedib. Hazırda olan ikinci evliliyimdir. Xanımımla 37 ildir ailəliyəm. İki övladımız, beş nəvəmiz var”.