1. “Əlvida Şmidt!”

Azərbaycan istehsalı olan “Əlvida, Şmidt!” tragikomediyası. Filmin rejissoru Əli-Səttar Quliyevdir. Baş rollarda Azər Aydəmir, Rasim Cəfər və Mariam Kitia oynayıblar. Müddəti 70 dəqiqə. Yaş həddi “12+”dur.
Film haqqında qısa məlumat: Filmin qəhrəmanı - Emil Şmidt düşüncələrində və istəklərində özünü çaşdıran sadə oğlandır. Həyatın ona bəxş etdiyi gözəllikləri görməyəcək qədər saf, başqa maraqlara can atacaq qədər çılğındır. Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsi bizi kədərləndirəcək, güldürəcək, narahat edəcək, yaşayacaqlarını yaşadacaq.
Vətənimizin möhtəşəm mənzərələri, rəngarəng personajları, duzlu yumoru ilə bu müasir milli yol əhvalatı – tamaşaçının gözlədiyi həmin o filmdir ki, sizlərə “Əlvida Schmidt - salam Azərbaycan kinosu!” deyəcək!