Türkiyəli müğənni Sərdar Ortaçın bənzəri tapılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “TV8”-də yayımlanan “3 adam”a qonaq olan müğənni qarşısında bənzərini görəndə təəccüblənib. Bərbərliklə məşğul olan şəxs Sərdar Ortaça bənzərliyinə görə başına gələnlərdən danışıb. O, hətta gecə klublarının birində müğənninin həyat yoldaşı Chloe ilə qarşılaşdığını və Chloe-nin onun Sərdar olduğunu zənn etdiyini söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az