İspaniyalı futbolçu, "Monterrey" klubunun kapitanı Serxio Ramos noyabrın 13-də Las-Veqasda keçiriləcək 26-cı "Latin Grammy Awards" mərasimində aparıcı kimi təsdiqlənib.
Oxu.Az Larazon.es-ə istinadən xəbər verir ki, bu il "Cibeles" mahnısı ilə musiqidə debüt edən S.Ramos Enrike Banberi, Mon Laferte və Niki Nikol kimi sənətçilərlə eyni səhnəni bölüşəcək.
Ümumiyyətlə, mükafatlandırma mərasimində 10-dan çox musiqiçi aparıcılıq edəcək.
Qeyd edək ki, 2005-2021-ci illərdə "Real Madrid"in heyətində çıxış etmiş Serxio Ramos 4 dəfə UEFA Çempionlar Liqasının qazanıb. O, 2025-ci ildə "Monterrey"in tərkibinə qatılıb.