Əməkdar artist Sevda Ələkbərzadə YouTube kanalında yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, müğənni “Arazbarı” zərbi-muğamını özünəməxsus tərzdə ifa edərək ekran əsəri ortaya çıxarıb. Mahnının musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyovdur.
Qeyd edək ki, klipin çəkilişləri Gürcüstanda baş tutub. Klipi gürcü rejissoru Qabriel Razmadze ərsəyə gətirib.
Aytən Sadıqzadə
www.oxu.az