Müğənni Sevda Sanalıyeva sosial şəbəkədə oğlunun yeni şəkillərini paylaşıb.
Oxu.Az xəbər verir ki, fevral ayında ana olan ifaçı ilk vaxtlarda körpəsinin fotosunu mediadan gizli saxlasa da, artıq onun yeni şəkillərini İnstagram hesabında paylaşmağa başlayıb.
Müğənni fotolardan birində uşağın dayısı ilə birgə çəkildiyini vurğulayıb.
Xatırladaq ki, keçmiş rəqqasə ötən ilin yay aylarında mediadan gizli şəkildə ailə qurub.