Əməkdar artist Elza Seyidcahan “Number one” mükafatlandırma mərasimində qeyri-adi şəkildə səhnəyə çıxıb.
Oxu.Az xəbər verir ki, o, səhnəyə əl çantası ilə çıxıb və tədbir boyu onu əlindən yerə qoymayıb.
Müğənni qeyd edib ki, çantanın üzəri brilyant qaşlarla bəzədilib. İçərisində isə qızıllar var. Ona görə də əl çantasını əlindən yerə qoymayıb.
Müğənninin “İnstagram” səhifəsində paylaşdığı fotoları sizə təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az