Beşiktaş Bələdiyyəsi Müəllimlər Gününə hədiyyə olaraq Sibel Canın konsertini təşkil edib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni konsert zamanı səhnədə çətin anlar yaşayıb. Belə ki, lirika söylədiyi anda tamaşaçılara yaxınlaşan Canın libası cırılıb.
Müğənni kulisə gedərək paltarının cırılan hissəsini iynələrlə bərkidib.
Kulisdə təxminən 5 dəqiqəlik fasilədən sonra səhnəyə geri dönən ifaçı 2 saat çıxışına davam edib.
Aytən Sadıqzadə
www.oxu.az