Tanınmış türkiyəli modelyer Tolqa Çamın İzmirdə “Night Out Shopping” çərçivəsində dəfiləsi baş tutub.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gecədə Günay Musayeva, Irmak Atuk, Ece Begüm Yücetan, İvana Sert və Fatoş Kabasakal kimi məşhur modellər açıq havada 150 metrlik podiumda, soyuq havaya baxmayaraq cəsarətli geyimlər nümayiş etdiriblər.
Dəfilədə səhnəyə çıxan məşhur modellər arasında “İşte benim stilim” və “İşte benim stilim all star”ın qalmaqallı iştirakçısı, azərbaycanlı model Sima Şərafətdinova da yer alıb.
Aytən Sadıqzadə
www.oxu.az