“İşte benim stilim all star”ın azərbaycanlı iştirakçısı, 17 yaşlı Sima Şərafətdinova ötən gün yarışmada podiuma çıxıb.
Oxu.Az xəbər verir ki, iştirakçılar Simanın saçını və geyimini bəyənmədiyi üçün həmyerlimizlə onlar arasında növbəti dəfə mübahisə yaşanıb.
Yaşananlardan sonra jürinin qarşısına çıxan Sima gözyaşlarını saxlaya bilməyib.
Münsiflər isə onun yaşına görə geyindiyini və saç rəngini bəyəndiyini söyləyib.
Həmin görüntüləri təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az