Ötən gün Elgiz Əkbərin aparıcısı olduğu “Adam içində” verilişində “Kristal” qrupunun rəhbəri Mədinə Məlik və jurnalist İntiqam Valehoğlu qonaq olub.
Oxu.Az xəbər verir ki, “Kristal” qrupunun rəhbəri Mədinə xanım “İdeal” qrupunun rəhbəri Səbinə Rəcəblini qrupdakı qızlarla yumşaq davranmaqda ittiham edib. Bundan sonra jurnalist İntiqam Valehoğlu Mədinə xanma gözlənilməz fikir ilə müraciət edib:
“Sizin dediklərinizlə razıyam. Amma sizin qrupun üzvlərindən biri çox məşhur şəxslə qeyri-rəsmi münasibətdə idi. Bir həftədir bu məsələ sosial şəbəkələrdə müzakirə olunur”.
Mədinə Məlik İntiqam Valehoğlunun ittihamına belə cavab verib:
“O qız mənim qrupumdan çıxandan sonra həmin insanla münasibətdə olub. Cəmi beş ay bizimlə oldu və qane etmədiyinə görə qrupdan uzaqlaşdırıldı”.
Aytən Sadıqzadə
www.oxu.az