Gənc müğənni Könül Şıxəliyeva çəkdirdiyi fotolara görə tənqid atəşinə tutulmasından danışıb.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, müğənninin qeyd etdiyinə görə, onu bir çox insanların gözü götürmür:
“Ötən günlərdə bir müsahibə verdim və fotolar çəkdirdim. O şəkillər çıxan kimi bir çox insanlar məni tənqid atəşinə tutdu. Bir çox məşhurlar soyunur, pozadan pozaya girirlər, kimsə heç nə demir, mənim adi fotolarımı isə tənqid edirlər. Məni çoxlarının gözü götürmür. Çünki mən təbii gözələm”.