Döyüş filmlərindəki rolları ilə tanınan Hollivud ulduzu Silvestr Stallone çiynindəki yeni tatusu ilə sosial şəbəkələrdə əsl müzakirə mövzusuna çevrilib.
Belə ki, aktyor 25 ildir qolunda olan həyat yoldaşı Cennifer Flavinin şəklini it döyməsi ilə əvəzləyib.
Aktyorun sözlərinə görə, o portreti yeniləmək istəyib, amma cəhd çox uğursuz olduğundan usta köhnə döyməni tamamilə örtmək qərarına gəlib. Eskiz olaraq isə aktyorun bir neçə il əvvəl ölən “Butkus” ləqəbli itin portreti seçilib.
Ancaq istifadəçilərə bu izah bəhanə kimi görünüb.
Qeyd edək ki, uzun müddətdir ki, Stallone ailəsində çətinliklərin başladığı barədə şayiələr yayılıb. Belə ki, aktyorun həyat yoldaşı qızları ilə şəklini sosial şəbəkədə paylaşaraq qeyri-müəyyən şərh yazıb: “Bizim dördümüz həmişəlik. Qalanı vacib deyil”.
Sənətçinin nümayəndəsi isə ulduzun ailəsində hər şeyin qaydasında olduğunu, aktyorun ailəsini çox sevdiyini və onlarla birlikdə yeni layihənin çəkilişlərinə başladığını bildirib.
Xatırladaq ki, Stallone və Cennifer Flavin 1988-ci ildə tanış olublar, ancaq münasibətləri yalnız 1997-ci ildə qanuniləşib. Onların üç qızı var.
Mənbə: Gazeta.ru
Rəylər