Kayya hələ 10 yaşı olanda ilk müqaviləsini bağlayıb.
Məşhur super-model Sindi Kroftun 13 yaşlı qızı ilk dəfə olaraq ən məşhur jurnallardan olan “Teen Vogue”ya çəkilib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Sindi Kroftun qızı Kayya Qerber ilk dəfə olaraq dəb çəkilişində iştirak edib. Kayya çoxdandır ki, anası Sindi Krofla birgə müxtəlif tədbirlərdə iştirak edir.
Qeyd edək ki, Kayya hələ 10 yaşı olanda ilk müqaviləsini “Versace” markası ilə bağlayıb və “Young Versace”nin reklam kampaniyasında çəkilib.