Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Survivor" şousunda kuryoz hadisə: Adada tikilən evlər hökumət tərəfindən söküldü
Dominikanda "Survivor" realiti-şousunun davam etdiyi adada gözlənilməz hadisə baş verib. Belə ki, yarışda türkiyəli iştirakçıların tikdiyi evlər hökumətin qərarı ilə sökülüb.
Oxu.Az-ın "Sputnik Türkiye"yə istinadən verdiyi xəbərə görə, Dominikan Turizm Nazirliyi adada inşa edilən evləri qeyri-qanuni hesab edib.
Bildirilir ki, qəfil baş verən hadisəyə görə yarışçılar şoka düşüblər.
Belə bir hadisə "Survivor" tarixində ilk dəfə yaşanır.
Rəsmilər bildiriblər ki, ərazi turizm zonası sayılır və belə strukturlar qanunsuz hesab olunur.
"Survivor yarışı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar