Qardaşının dənizdə batması xəbərini eşidən müğənni Tacir Şahmalıoğlu dərhal Novxanı çimərliyinə gedib.
Oxu.Az-ın ANS-ə istinadən məlumatına görə, müğənninin hadisə yerinə getməsinin görüntüləri yayılıb.
Videoda görünür ki, Tacir Şahmalıoğlu yaxınlarına ürək-dirək verməyə çalışır və xilasedicilərin qardaşının axtarışlarını aparmasını izləyir.
Qeyd edək ki, Mahir Allahverdiyevin skuter sürərkən batdığı bildirilir.
Həmin görüntüləri sizə təqdim edirik.