Keçən günlərdə 4 və 8 yaşlarında iki uşağıyla birlikdə itkin düşən tanınmış aktrisa Sian Blake-in Eritih-dəki evinin bağçasında üç cəsəd olduğu açıqlanıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, polis cəsədlərin aktrisa və övladlarına aid olduğunu hələ rəsmi olaraq təsdiqləməyib.

Cəsədlər üzərində aparılacaq ekspertizadan sonra mətbuata açıqlama veriləcək.

43 yaşlı Sian Blake İngiltərənin ən uzunömürlü seriallarından olan “Eastenders”da canlandırdığı Franki Perrie xarakteri ilə tanınıb.




Blake uzun müddətdir ki, ciddi sinir xəstəliyinə tutulmuşdu.

Polis Blake-in ölümündə aktrisanın oğlan dostunun əlinin olmasından şübhələnir.
Aytən Sadıqzadə
www.oxu.az