Tanınmış aktrisa Könül Nağıyeva vətəni tərk edir.
Oxu.Az xəbər verir ki, Nağıyeva bu haqda "Onlar"a danışıb:
“Türkiyədən təkliflər alıram. İşimi orada qurmaq istəyirəm. Mən buradan oradakı işlərimi həll edə bilmirəm. Ona görə də fikirləşirəm ki, Türkiyəyə yerləşim. Mənim həyatım həmişə riskdən ibarət olub. Bu yaşıma qədər bu yerə gəlib çatmışamsa, bundan sonra da arzularımı daha da inkişaf etdirmək lazımdır. Oturub gözləməklə heç nəyə nail olmaq olmaz”.
Aytən Sadıqzadə
www.oxu.az