“Two and a half men” serialının baş rol ifaçısı Jon Cryer aktrisa Demi Moore haqda gözləniməz etiraf edib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyor həmkarı Aşton Kutçerin keçmiş həyat yoldaşı Demi Moore ilə birlikdə gecə keçirdiyini deyib:
“Birlikdə rol aldığımız serialın tanışlıq yeməyində Aşton Kutçer və Demi ilə bir araya gəldik. Çox qəribə gecə idi. Demi bizim illər əvvəl birlikdə olduğumuzu ərinə söyləyib-söyləmədiyindən əmin deyildim”.
