“İş həmişə var”da aparıcı Fərid Rəsul bu həftə Neft Daşlarından sizin görüşünüzə gələcək.
Oxu.Az xəbər verir ki, kompleks qazma işlər trestinin Neft Daşları sahəsinin 25.85 saylı özülündə baş tutan çəkiliş maraqlı anlarla yadda qaldı.
Aparıcı Fərid qazmaçı köməkçisi olub neft quyusu qazdı, kran idarə etdi və sıradan çıxmış motoru təmir elədi.
Daha sonra nələr baş verdiyini bilmək istəyirsinizsə, 6 aprel, bazar günü saat 13.15-də ATV telekanalında yayımlanan “İş həmişə var” verilişini izləməyi unutmayın.
Aytən Sadıqzadə
www.oxu.az