“Kanal D”də yayımlanan “Rəngli səhifələr” proqramına qonaq olan tanınmış moda dizayneri Tanju Babacan “Alzheimer” (alzaymır) xəstəsi olan anası üçün saqqalını qırmızıya boyatdırdığını söyləyib.
Oxu.Az xəbər verir ki, anasına baxa bilməyən insanları anlamadığını bildirən Babacan “Saqqalımı 6 il əvvəl boyatdırmışdım. Ancaq bu gün anam məni o qırmızı rənglə daha tez qavrayır. Mən anamın qırmızı oğluyam” deyib.

Qeyd edək ki, “Alzheimer” xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlikdir. Xəstəliyin ən tipik əlamətləri yaddaş pozğunluqları ilə əlaqədar meydana çıxır. Xəstə bəzən gecə ilə gündüzü qarışdırır, hamıya yaxşı məlum olan tarixi gün, ad günlərini və s. unudur.
Aytən Sadıqzadə
www.oxu.az