“Loreal”, “Prada” kimi brendlərin siması olan məşhur model Katerina Netolika mənzilində ölü tapılıb.
Oxu.Az-ın əcnəbi mətbuata istinadən xəbərinə görə, 26 yaşlı modelin cəsədini qardaşı tapıb. Eyni zamanda modelin evdə saxladığı iki itinin də cəsədi aşkar olunub.
Netolikanın şübhəli ölümü ilə əlaqədar polis araşdırmaya başlayıb.