Pişiyi ilə Las-Veqasdan Frankfurta təyyarəyə ilə səyahət edən çex model Zaneta Hucikova stüardessanı döyüb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, təyyarə göyə qalxdıqdan sonra stüardessa Hucikovanın çantasında gizlətdiyi pişiyi görüb. O, pişiyi tualetə qoymaq istəyincə model hövsələdən çıxıb. Sərnişinlərin verdiyi məlumata görə çox əsəbiləşən Hucikova stüardessaya yumruq atıb.
Vəziyyətin daha da gərginləşdiyini görən kapitan pilot ən yaxın olan Denver hava limanına təcili eniş etmək qərarına gəlib. Pilotun mərkəzə xəbərdarlığından sonra Buckley-dən havaya qalxan iki F-16 enişə qədər modelin olduğu təyyarəyə nəzarət edib. Denver hava limanında endrilən hirsli model polis tərəfindən nəzarətə götürülərək immiqrasiya bürosuna aparılıb. Hucikovanın hər hansı bir federal cəza ilə qarşı-qarşıya qalmayacağı məlum olunca sərnişinlər 24 saatdan sonra Frankfurta uça biliblər.

Aytən Sadıqzadə
www.oxu.az