“Yeni ulduz” müsabiqəsinin iştirakçılarından olan gənc və istedadlı müğənni Elnar Xəlilov yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, müğənni “Soyuqdur mənə” adlı mahnıya klip çəkdirib. Mahnının musiqisi Giorgos Mazonakis, sözləri meyxanaçı Əliyə məxsusdur. Klipin rejissoru Elnar özüdür.
Qeyd edək ki, müğənni adıçəkilən mahnını “Şarm” qrupu ilə duet şəklində ifa etmişdi.

Aytən Sadıqzadə
www.oxu.az