Müğənni Xatun özünə yeni avtomobil alıb.
Oxu.Az xəbər verir ki, o, şəxsi İnstagram səhifəsində “Volkswagen Multivan” markalı avtomobilin fotosunu paylaşaraq bu sözləri yazıb:
“Yeni avtomobil. Allah olmayanlara qismət etsin. Xətadan-bəladan uzaq olaq”.
Qeyd edək ki, sözügedən avtomobilin qiyməti təxminən 60 min manat təşkil edir.