Türkiyəli rəqqasə Asena ötən gün kişi dostu ilə axşam yeməyi yeyəndən sonra kameralara yaxalanıb.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, rəqqasə həmin məkandan ayrılandan sonra “Yanınızdakı yeni sevgilinizdir?” sualına “Mən bura sevgilim ilə gələcək qədər axmağam? Məktəb yoldaşımdır. Həyatımda heç kim yoxdur” cavabını verib.
Asena “Uşaqlığımdan bəri çalışıram, mən atam, nənəm və 12 nəfərlik qrupuma baxıram. Pulu olmayan adamla birlikdə ola bilmərəm” deyib.
Müxbirlərin “Sevgiliniz olanda ondan maaşını soruşacaqsınız?” sualına isə “Namizədlərdən gəlirlərini öyrənəcəyəm”,- deyə zarafatyana cavab verib.

Aytən Sadıqzadə