Tanınmış rok ifaçısı Elvin Stardast dünyasını dəyişib.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, prostat xərçəngindən əziyyət çəkən 72 yaşlı müğənni evində ölü tapılıb.
Qeyd edək ki, Stardast “My Coo Ca Choo”, “Jealous Mind” və “I Feel Like Buddy Holly” kimi mahnıları ilə dünya şöhrəti qazanıb.