Əməkdar artist Əkbər Əlizadənin ailəsində yeni il girər-girməz xoş hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, iki qız atası olan aktyorun bu dəfə oğlu dünyaya gəlib. Körpə 7 yanvarda doğulub. Uşağa Sübhan adı verilib.
Əməkdar artist şad xəbəri ANS PRESS-lə bölüşüb:
“7 rəqəmi bizim ailəmiz üçün düşərlidir. 2003-cü ilin 7 dekabrında nişanımız, üstündən düz 1 il sonra 7 dekabrda toyumuz olub. Özüm 1977-ci ildənəm. Yoldaşım 7-ci aydandır. Bu da yəqin ki, Allah-təalanın bir iltifatıdır ki, oğlumuz ayın 7-də doğuldu”.