Türkiyənin meqastarı Tarkanın tətil fotolarına yazdığı qeyd izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.
Belə ki, qızı Liya, həyat yoldaşı Pınar Tevetoğlu ilə istirahətə yollanan pop ulduzun “Instagram”da paylaşdığı fotolara yazdığı qeydə minlərlə rəy yazılıb.
Onun həyat yoldaşı, qızı və özünün adlarının baş hərflərini yazdığı qeydi izləyicilərinin çoxu “Polat” kimi oxuyub. Müzakirələrə yol açan məsələlərdən biri də Pınar Tevetoğlunun hamilə ola bilməsi olub. O, fotolarda qolu ilə qarnını örtüb.
İzləyicilər cütlüyün ikinci övladlarının olacağını və ona Polat adının veriləcəyini düşünüblər.
View this post on Instagram
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyənin sabiq naziri həbsxanada huşunu itirdi
- "GTA VI" çılğınlığı başladı: İş yerləri bağlanır, insanlar məzuniyyətə çıxırlar - Video
- AKP-nin yüksəkvəzifəli üzvünün oğlu istintaqa cəlb olundu
- Ekrem İmamoğluna həbs cəzası verildi və siyasi fəaliyyət qadağası qoyuldu
- Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı
Digər xəbərlər