Türkiyəli müğənni İbrahim Tatlısesi öldürməyə cəhd edən şəxs barəsində məhkəmə qərar verib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Tatlısesə silahlı hücum edən Abdullah Uçmakın da aralarında olduğu 12 şübhəli şəxsə 3 illə 36 il arasında dəyişən həbs cəzası verilib. Abdullah Uçmak 36 il 6 ay, atıcı Ersin Altun isə 30 il 1 ay həbs cəzası alıb.
Xatırladaq ki, İbrahim Tatlıses 14 Mart 2011-ci ildə “İbo Show” proqramının çəkilişlərinə qatıldıqdan sonra assistenti Buket Çakıcı ilə İstanbulda beş nəfər tərəfindən silahlı hücuma məruz qalmış, başının sağ tərəfindən güllə yarası alaraq ağır yaralanmışdı.
Aytən Sadıqzadə