Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Telman İsmayılov azərbaycanlı teleaparıcıya qızıl Quran bağışladı – Foto
Tanınmış teleaparıcı və psixoloq İlham Mirzəyev Türkiyədən müalicədən qayıdıb.
Oxu.Az xəbər verir ki, teleaparıcı ANS PRESS-ə açıqlamasında qardaş ölkədə müalicə almaqla yanaşı, istirahət etdiyini bildirdi:
“Boynumdan aldığım zədə mənə əziyyət verirdi və üstəlik həkimlərin diaqnozu da məni qorxutdu. Təcili şəkildə müalicə almağa qərar verdim. Ailəmlə birlikdə Türkiyəyə yollandım. Antalyada “Mardan Palace”da 10 gün həm dincəldim, həm də müalicə aldım.
İlham Mirzəyev istirahət etdiyi otelin sahibi azərbaycanlı biznesmen Telman İsmayılovdan böyük diqqət və hörmət gördüyünü deyir:
“Sağ olsun yaxşı insanlar. Nə yaxşı ki, bu dünyada yaxşı insanlar var. Telman bəy mənim orada dincəldiyimdən xəbər tutduqda öz diqqət və qayğısını bizdən əsirgəmədi.
Dünyanın ən varlı adamlarından biri olan Telman İsmayılov teleaparıcıya qızıl və gümüşlə işlənmiş əl işi olan Müqəddəs Quran kitabı və “Mardan Palace”ın leybolu qızıl əqrəb bağışlayıb. Hündürlüyü 40 sm, eni 20 sm ölçülü qızıl əqrəbin çəkisi təxminən 500 qramdır. İlham Mirzəyev Quranın qiymətsiz olduğunu qeyd etdi:
“Telman İsmayılov mənim Allah adamı olduğumu görüb, mənə belə bir gözəl hədiyyəni etdi. Bu Quranın qiyməti yoxdur. Çünki əl işidir və kitabın öz üzəri əl işi ilə qızıl və gümüşlə işlənib, vərəqləri qızıl suyuna salınıb. Qabı bütünlüklə qızıl və gümüşdən ibarətdir. Xüsusi olaraq hazırlanmış bu müqəddəs kitabın qiyməti yoxdur”.
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə Şişli bələdiyyə sədrinin müavini həbs olundu
- Məşhur türkiyəli xizəkçinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı
- Ərdoğan və Putin arasında telefon danışığı baş tutub
- Dilan və Engin Polat cütlüyünün milyonlarla dollar dəyərində lüks avtomobilləri satışa çıxarılır
- Türkiyədə qəribə hadisə: Sərnişin avtobusundakı qutudan piton çıxdı