Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov türkiyəli iş adamı Əli Ağaoğlu üçün Rusiyada ad günü mərasimi təşkil edib.
Oxu.Az türk mediasına istinadən xəbər verir ki, xüsusi təyyarəsiylə Moskvaya yollanan Ə.Ağaoğlu türk bayrağı şəklində hazırlanmış tortu kəsib.
O, Kreml Sarayını və şair Nazim Hikmətin məzarını ziyarət edib. Ə.Ağaoğlu “Yeni yaşımı dostlarımla birgə keçirdiyim üçün xoşbəxtəm” deyib.
Aytən Sadıqzadə
www.oxu.az