Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin anası haqqında inanılmaz fikirlər söyləyib.
Oxu.Az xəbər verir ki, Təranə xanım elə Musa Musayevin yanında qayınanasının cadu-dua işləri ilə məşğul olduğunu qeyd edib.
O, Musanın anasının onları ayırmaq üçün xeyli cadu-dua yazdırdığını bildirib. Musa Musayev də anası haqqında danışmaqdan çəkinməyib. Təranə Qumralın dediklərinə haqq verən müğənni, anasını heç vaxt bağışlamayacağını bildirib.
Qeyd edək ki, cütlük Space TV-də yayımlanan “Hər Bir Havada” verilişinin bu həftəki qonaqları olub.
Oxu.Az Kanal Baku-ya istinadla həmin görüntüləri təqdim edir.