Müğənnilər Təranə Qumralla Nazənin arasında qalmaqal davam edir.
Oxu.Az xəbər verir ki, məhkəmənin qərarına görə Təranə Qumral Nazənindən üzr istəyərək ona 10 min manat pul ödəməlidir.
Mediaya açıqlama verməkdən imtina edən Qumral sosial şəbəkə vasitəsilə Nazəninə ismarış ünvanlayıb:
“Hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm, seçilirəm. Mən nə edə bilərəm ki, yanındakı üçün dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Sənin yanındakı mənə baxanda gözünü qamaşdıra bilirəmsə, deməli sən pas atmısan, ay yazıq. Sənə gülürəm, sən yandıqca mən həzz alıram. Səni yandıra bilmişəmsə çox xoşbəxtəm. Atalar gözəl deyib: özgə atına minən tez düşər”.
