43 yaşını qeyd edən əməkdar artist Teymur Əmrah ata olmaq arzusundadır.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan “Onlar” verilişinə müsahibəsində danışıb:
“Dostlarım da istəyir mən ailə qurum. Körpə uşaq görəndə kövrəlirəm, sevinirəm. Evlənmək üçün gözəl insan tapa bilmirəm. Təəssüf ki, müasir dövrdə evdə dirijorluğu xanımlar etmək istəyir. Həmişə baş dirijor olmuşam. Amma ailə quracam. Vaxtında evlənsəydim, indi baba olardım”.