Xəbər verdiyimiz kimi xalq artisti Brilyant Dadaşova, əməkdar artist Tahir Eynullayev və müğənni İlhamə Qasımovanın “The Big Apple Music Awards 2014”də namizədlikləri irəli sürülüb.
Oxu.Az xəbər verir ki, ötən gün Nyu-Yorkda baş tutan mükafatlandırma mərasimində həmyerlilərimiz mükafata layiq görülüblər.
İlhamə Qasımova “Best Female Artist of Azerbajian” (“Azərbaycanın ən yaxşı qadın artisti”), Brilyant Dadaşova “Lifetime Achievement Award”, Tahir Eynullayev isə “Best Male Artist of Azerbajian” (“Azərbaycanın ən yaxşı kişi artisti”) nominasiyalarının qalibi olublar.
Bu barədə Oxu.Az-a məlumat verən rəqqas Tahir Eynullayev bildirib ki, iyun ayının 4-ü vətənə dönəcək.
Qeyd edək ki, 2007-ci ildən keçirilən “Big Apple Music Awards” müsabiqəsinə Qafqaz, Orta Şərq və Mərkəzi Asiya ölkələrinin tanınmış müğənniləri qatılır.
Biz də həmvətənlərimizi təbrik edir, onlara qazandıqları uğurların davamını arzulayırıq. Bu, Azərbaycanın uğurudur!
Aytən Sadıqzadə
www.oxu.az