Ötən gün müğənni Natavan Həbibinin prodüser Tolikə qarşı məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə müğənninin vəkili Fərid Həsənov Qafqazinfo-ya açıqlamasında bildirib:
“Məhkəmə araşdırması nəticəsində məlum olub ki, Natavan Həbibi milliyyətcə azərbaycanlıdır, onun erməni milləti ilə heç bir əlaqəsi yoxdur.
Məhkəmə qətnaməsinə görə, Tolik Natavanla bağlı yaydığı yalan məlumata və təhqiramiz ifadələrə görə üzr istəməlidir. Əks təqdirdə Tolik AR Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə 3 il həbs oluna bilər”.