Prodüser Tolik rejissor Kənan M.M və müğənni Vüqar Muradov arasında olan savaşa biganə qalmayıb.
Oxu.Az-ın məlumatına görə prodüser rejissoru qınaq obyektinə tutub. O, bu haqda İnstagram hesabında məlumat yayıb:
“Bu da təzə xəbər. Deyirəm tirpaşlığın sonu budur. Bu ölkə dərəbəyilik deyil ki, kim istəyir 5 nəfər dostunu yığıb kimisə döysün. Bu, bəzi qız müğənnilərə də aiddir.
Görüşdüyünüz kişilərə güvənib ona-buna hədə-qorxu gəlməyin. O kişinin ağlı yoxdu, demir ki, sabah mən tutulacam. Bu müğənni də gedib başqasının yanında oturacaq. Ağzım açılacaq pis açılacaq”.