Rəqqasələr Oksana və Fatimə qalmaqalına prodüser Tolik də qoşulub.
Oxu.Az xəbər verir ki, o, Fatimənin tərəfini saxlayaraq məşhur rəfiqələr rəqqasə Oksana və müğənni Natavanın sosial şəbəkədə cavabını verib.
“Mən axır vaxtlar fikir verirəm ki, yalnız bu rəfiqələr - Oksana və Natavan müğənnilərə, rəqqasələrə söz atırlar. Özləri uğursuz olmaqlarını görməyib başqasının uğuruna sevinməyi də bilmirlər. Əsl Azərbaycan rəqslərini, adət-ənənələrimizi təbliğ edən Fatiməyə hər dəfə söz atırlar, amma yetər! Yersiz gəlib, yerli qaç deyil.
Biri nə bilim Türkmənistandan gəlib, o biri nə bilim haradan. Azərbaycanda dünyaya gəlib azərbaycanlılara söz atmaq sizə düşməyib. Çaşırsınız, amma aşırdaram sizi!!! Gedib o uğursuz rəfiqələrinizlə öz həyatınızı fikirləşin. Restoran kabinetlərində oturmaqdan ömrünüz də taxtaya dönüb!!!”.