Prodüser Tarix Əliyev (Tolik) müğənni Natavan Həbibinin məhkəmə prosesində qalib gəlməsindən danışıb.
Oxu.Az Tolikin İnstagram səhifəsində ifaçı ilə bağlı yazdığı statusu olduğu kimi təqdim edir:
“Deyirəm, nə yaxşı mən bilirəm sevgilin kimə zəng vurub, xahiş edib ki, tapşır, məhkəmədə bizimki udsun. Həmin insan da sağ olsun, deyib ki, mənim hər ikisi ilə münasibətim var, edə bilmərəm. Mən apelyasiya məhkəməsinin düzgün qərar çıxaracağına əminəm. Bu ölkədə “kiminsə sevgilisi hansısa nazirin qardaşıyla, haranınsa icra hakiminin müavini ilə dostdur” kimi hallar keçməyəcək. Mən Azərbaycan vətəndaşıyam və yalnız Prezidentimə güvənirəm, o, xalqın arxasında dayanıb. Sənin sevgilinin əlaqələri apelyasiyada işə yaramayacaq. Demişəm, havayı reklam qurtardı”.

Aytən Sadıqzadə