Hollivud bir müddətdir aktrisa Leah Remini-nin Scientology təriqəti ilə bağlı etdiyi etiraflarla sarsılıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu təriqətə üzv olan, ancaq sonradan ayrılan 45 yaşlı Remini bir çox məqamlara işıq üzü görəcək “Troublemaker: Surviving Hollywood and Scientology” adlı kitabında aydınlıq gətirib.
Remini kitabının təqdimat turları çərçivəsində qatıldığı TV proqramları və müsahibələrində təəccüblü açıqlamalar edib. Remini iddia edir ki, Tom Cruise və Katie Holmes-un toy mərasimində o zaman 7 aylıq olan qzıları Suri Cruise hamam otağında dəqiqələrcə ağlamasına baxmayaraq nə anası, nə də atası onunla maraqlanmayıb:

“Cruise və Holmes-un toyda yemək vaxtı qızları Suri vanna otağında yerdə yatıb ağlayırdı. Əvvəlcə onunla heç kim maraqlanmadı. Bir neçə dəqiqə sonra uşağa nəzarət etməyə gedəndə, orada Tom Cruise-un bacısı, assistenti və başqa bir qadın dayanıb uşağa baxırdılar. Uşağı qucaqlarına alıb, ona bir az süd vermələri üçün qadınları razı saldım”.
Remini Tom Cruise ilə keçmiş həyat yoldaşı Nicole Kidman-ın evlilikləri əsnasında övladlığa götüdükləri uşaqları Connor və Bella-nın anaları ilə görüşmək istəmədiklərini deyib.

Remini kitabında “Bella-dan anasını görüb görmədiyini soruşanda “əsla” deyə cavab verdi” yazır.


Tom Cruise ilə Katie Holmes ayrılığının təməlində aktyorun təriqətə bağlılığı səbəbi dayanır. Hətta bu təriqətə görə Cruise-un bir ildən çox müddətdir qızı Suri ilə görüşmədiyi də iddia edilir.
Aytən Sadıqzadə
www.oxu.az