Hollivud aktyoru Tom Kruz karyerasında ən təhlükəli tryuku yerinə yetirib.
Oxu.Az xəbər verir ki, “Çətin missiya”nın beşinci hissəsinin çəkilişləri zamanı əsas qəhrəman klassik kostyumda uçan təyyarənin qapısından asılı vəziyyətdə olub. 52 yaşlı aktyor iki sığorta kəməri və daha iki kəmərlə 1500 metr yüksəklikdə 400 km/saat sürətlə uçan Airbus A400M təyyarəsinə bağlı şəkildə qalıb. Döyüş filmində Tom Kruz xəfiyyə İtanı canlandırır.
Aytən Sadıqzadə
www.oxu.az