Əməkdar artist Tünzalə Əliyeva 42 yaşını qeyd edib.
Oxu.Az xəbər verir ki, həyat yoldaşı Röyal bəy “Toppuş bacı”nı sosial şəbəkədə təbrik edib.
O, aktrisanın fotosunu paylaşaraq “Bu gün sevgilimin doğum günüdür. Həyatımda var olduğun üçün Allahıma şükür edirəm. Həyatımın qadını, ad günün mübarək”.
Qeyd edək ki, cütlük 2013-cü ildə nikah masasına əyləşib.