Türkiyəli model Özge Ulusoy sevgilisi Hacı Sabancıdan evlilik təklifi aldığı barəsində yayılan xəbərlərə aydınlıq gətirib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist Ferruh Taşdemirlə evləndikdən 24 saat sonra boşanan model belə bir təklifin olmadığını deyib:
"Mən ailə qurmaq istəmirəm. Xəbərlərdə mənim Hacı Sabancıya evlənmək üçün təzyiq etdiyim yazılır. Bu, doğru deyil. Mənim üçün sənətim daha önəmlidir. Karyeram daha da irəliləmək istəyirəm. Bu an onunla ailə qura bilmərəm. Ərə gedib hamilə olsam, xəyallarım yarımçıq qalacaq. Ondan evlilik təklifi də almamışam”.