Əməkdar artist Tünzalə Ağayeva ötən gün Ankarada solo konsert verib.
Oxu.Az Axşam.az saytına istinad edərək bildirir ki, müğənni Ankara dövlət orkestrı ilə birlikdə səhnədə çıxış edib.
Tünzalə xanım gecədə modelyer Gülnarə Xəlilovanın hazırladığı libası geyinib. Konsertdə T.Ağayeva sevilən mahnılarını canlı ifa edib.
Təəssüratlarını sosial şəbəkədə paylaşan əməkdar artist bütün Ankaraya yaşadığı unudulmaz anlar üçün minnətdarlığını bildirib.